Cümə , İyun 28 2024
azfa

Molla rejimin həbs etdiyi azərbaycanlı fəallar Kərim İsmailzadə və Murtaza Pərvin tibbi xidmətlərdən məhrum ediliblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbriz və Evin zindanlarında həbsdə saxlanılan azərbaycanlı milli fəallar Kərim İsmailzadə və Murtaza Pərvin tibbi xidmətlərdən məhrum ediliblər.

Dünən halı pisləşən məhbus fəallar həbsxananın tibbi məntəqəsinə yerləşdirilsələr də, onlara tibbi xidmət göstərilməsinin qarşısı alınıb.

Təbriz həbsxanasında 6 aylıq məhkumluq dövrünü yaşayan milli fəal və tanınmış idmançı Kərim İsmayılzadənin vəziyyəti ağırlaşdığına görə həbsxananın tibb məntəqəsinə köçürülüb.

Həbsxana rəhbərliyi mədə qanaxması diaqnozu ilə tibb məntəqəsinə yerləşdirilən təbrizli fəalın həbsxanadan qıraqda müalicəsinə icazə verməyib.

Kərim İsmailzadə “insanları kiberməkanda zorakılıq hərəkətlərə təhrik və dəvət etmək”də günahlandırılan İsmayılzadə aprel ayının 17-də həbs edilib.

İrqçi fars-molla rejiminin məmurları keçən il oktyabrın 27-də Ərdəbildə heç bir məhkəmə qərarı olmadan azərbaycanlı milli fəal Mürtəza Pərvinin ata evinə hücum edib və axtarış aparmışdılar.

Azərbaycanlı fəal özü evdə olmadığına üçün məmurlar fəala məxsus şəxsi əşyaları, o cümlədən kompüter və onun kitablarını müasdirə edərək, özləri ilə aparıblar.

İrqçi fars-molla rejimin Ərdəbildəki ETTELAAT məmurları ondan neçə gün öncə Ərdəbildə azərbaycanlı milli fəal Murtəza Pərvinə zəng edərək onun ETTELAAT İdarəsinə çağırmışdılar.

Lakin Murtəza Pərvin bunun qanunsuz olduğunu və məhkəmə tərəfindən rəsmi çağırış göndərilmədiyini tələb edərək, ETTELAAT İdarəsinə getməkdən imtina edib.

Azərbaycanlı fəal bundan öncə də dəfələrlə təzyiqlərə məruz qalmışdı. O, 44 günlük İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan ordusuna dəstək və İranın Ermənistana yardımlarına etiraz aksiyasında iştirak etdiyinə görə, Ərdəbilin Ciral parkında yaxalanmışdı.

Həmçinin yoxlayın

Fərzanə Qarahəsənli əməliyyatdan sonra ağır vəziyyətdə yenidən zindana aparılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın K\ərəc sakini olan siyasi məhbus Fərzanə …

Sayın Mikayil bəy Oytanın İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatı kimi tanınması zərurəti barədə Penni Vonqa məktubu-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk …