GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin 13 il həbs cəzası verdiyi siyasi məhbus Həmid Qaraoğlani məzuniyyətə cıxmasına imkan verilməməsinə etiraz olaraq, 2 gündür aclıq aksiyası keçirir.
Azərbaycanlı gənc Həmid Qaraoğlani “rejimə qarşı təbliğat”, “Rəhbəri təhqir etmək” və “Muxalif qruplarla iş birliyi qurmaq”da ittiham olunaraq əvvəlcə edama daha sonra ilsə 13 il həbs cəzasına məhkum edilib.
Qeyd edək ki, azərbaycanlı fəal epilepsiya xəstəliyindən əziyyət çəkir. Urmiya təcridxanasının rəhbərliyi onun tibbi yardım almasına nəinki şərait yaratmayıb, hətta bu yardımdan məhrum edib.