GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı fəallardan Hüseyn Amani, Əlirza Səbri və Cavad Əhmədzadə iyunun 11-də girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər zaminə buraxılıblar.
Bu barədə fəalların yaxınları sosial media kanallarında paylaşım ediblər.
Onların nədə ittiham olunduqları və həbs səbəbləri barədə hər hansı açıqlama verməyib.
Qeyd edək ki, 2006-cı il milli qiyamın ildönümündə may ayının 18-də azərbaycanlı fəallar rejimin məmurları tərəfindən yaxalanmışdılar.