GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin məmurları qaşqay türkü İsa Roşəndil Doğanlını güllələyərək öldürüblər.
Qaşqayların yaşadığı Buşehr əyalətində 8 nəfər rejimin məmuru qaşqay türklərinin yaylaq və otlaq ərazilərinə soxulub, təftiş adı ilə İsa Roşəndil Doğanlının yenicə tikdiyi evi sökmək istəyiblər.
Bağlama Bulağı adlı yurd yerində silahlı məmurların evini sökməsinə etiraz edən həmin gənc qaşqayı atəşə tutaraq öldürüblər.
İsa Roşəndil Doğanlı 39 yaşında idi və iki uşaq atasıdır.
Qeyd edək ki, irqçi fars-molla rejimi Qaşqayların ərazilərini əllərindən almaq və onları didərgin etmək məqsədilə son zamanlar onların evlərini dağıdır.