Cümə , Dekabr 27 2024
azfa

Molla rejimin məmurları Həmədanda iki gənci gözündən güllələyib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin məmurları son ümumxalq etirazları zamanı Güney Azərbaycanın Həmədan bölgəsində iki gənci gözündən güllələyib.

 Rejimin məmurlarının açdığı birbaşa atəş nəticəsində onlar gözlərindən məhrum olublar.

22 yaşlı Əli Məhəmmədi ötən ilin sentyabrın 21-də Həmədanın Taleqani küçəsində molla rejiminin məmurları tərəfindən göz nahiyəsindən güllələnib.

Eyni zamanda Həmədan sakini olan 34 yaşlı Yasir Əlvəndiani sentyabr ayının sonunda göz nahiyəsindən üç güllə yarası alıb və bir gözü görmə qabiliyyətini itirib.

Qeyd edək ki, oolla rejiminin qüvvələri əsasən ov tüfəngi və plastik güllələrlə atəş açıb və qurbanlardan bir çoxu gözlərini itirib.

Həmçinin yoxlayın

Salmas düzündə torpaq çökməsi təhlükəli həddə çatıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qərbi Azərbaycan Regional Su Təsərrüfatı İdarəsinin yeraltı su …

Təyyarı qəzasının araşdırılması üçün Türkiyə mütəxəssisləri cəlb edildi

GADTB: AZAL-ın təyyarəsinin qəzaya uğramasından sonra aparılan araşdırmalara Türkiyə ekspertləri də cəlb olunub. Azərbaycan araşdırmaların …