Cümə , Sentyabr 25 2026
azfa

Molla rejimin neft sanksiyalarından yayınma üsulu məlum olub

GADTB: “Windward” Dəniz Kəşfiyyatı Şirkətinin məlumatına görə, İranın neft ticarətində fəaliyyət göstərən təxminən 430 tankerindən 87%-i sanksiyalar altındadır.

Bildirilib ki, İranın neft ticarətində istifadə edilən tankerlərinin əksəriyyəti sanksiyalar altında olduğuna görə onların bir çoxu saxta bayraqlar və ya gizli metodlar altında fəaliyyət göstərir.

Məlumata görə, İranın neft daşınması şəbəkəsi sanksiyalardan yayınmaq üçün köhnəlmiş tankerlərdən istifadə edir, izləmə sistemlərini söndürür və yükü bir gəmidən digərinə ötürür.

Mütəxəssislərin fikrincə, bu üsullar neftin mənşəyini izləməyi və sanksiyaların tətbiqini çətinləşdirib.

Həmçinin yoxlayın

Uitkof: “TRIPP Hörmüz boğazına alternativ ola bilər”

GADTB: TRIPP (Tramp marşrutu) layihəsi Hörmüz boğazı da daxil olmaqla, əsas nəqliyyat qovşaqlarının həssaslığı fonunda …

Ana dilinin və türk adlarının qadağan edilməsi: Türk adlarına görə 14 azərbaycanlı uşaöa doğum haqqında şəhadətnamə verilmir

GADTB: Məktəblərin açılması münasibətilə #بالامین_آدی kampaniyası və @dan.magazin səhifəsi “Mənim «ana dilim» tədris olunmadı; «ana …