Çərşənbə , İyun 24 2026
azfa

Molla rejimin zənginləşdirilmiş uran ehtiyatını təhvil verib, verməyəcəyi barədə ziddiyyətli xəbərlər yayılıb

GADTB: Bu gün “The New York Times” qəzeti ABŞ rəsmilərinə istinadən yazıb ki, İran Vaşinqtonla mümkün sülh razılaşması çərçivəsində yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarından imtina etməyə razılaşıb.

Nəşrin məlumatına görə, ABŞ və İran arasında müzakirə olunan mümkün razılaşmanın dəqiq detalları hələ tam müəyyənləşməyib.

Adı açıqlanmayan amerikalı rəsmilər bildiriblər ki, Vaşinqton ilkin razılaşmanın əsas şərtlərindən biri kimi Tehrandan uran ehtiyatları ilə bağlı açıq öhdəlik tələb edir.

İki ABŞ rəsmisinin sözlərinə görə, təklif olunan razılaşmanın əsas elementlərindən biri İranın yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarını təhvil verməsidir.

Molla rejimi rəsmiləri isə ümumiyyətlə nüvə məsələsinin müzakirə mövzusu olmamasını bildirirlər.

Həmçinin yoxlayın

Tramp Senatda müharibənin dayandırılması layihəsinin qəbulunu tənqid edib

GADTB: ABŞ prezidenti Donald Tramp Senatda müharibənin dayandırılması ilə bağlı layihənin qəbul edilməsinə münasibət bildirərək …

Xoyun Qotur bölgəsində dil kimliyi ilə bağlı narazılıq; kürdcə “xoş gəlmisiniz” lövhəsi quraşdırılıb

GADTB: Xoyun Qotur bölgəsində kürd dilində lövhənin quraşdırılması yerli məsulların fəaliyyəti ilə bağlı yeni müzakirələrə …