Molla rejiminin həbs etdiyi azərbaycanlı fəaldan heç bir məlumat verilmir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi həbs etdiyi azərbaycanlı fəal Məhəmməd Rəcəbidən heç bir məlumat verilmir. Bu isə azərbaycanlı fəalın ailəsinin fəalın sağlıq durumu ilə bağlı ciddi nigaranlığına səbəb olub.

Güney Azərbaycanın Məlikan (Məlikkəndi) şəhərindən olan azərbaycanlı fəal Məhəmməd Rəcəbinin ailəsinin övladları barədə müraciətlərinə rəğmən onun barəsində məlumat əldə etmək mümkün olmayıb.

Qeyd edək ki, azərbaycanlı fəal Məhəmməd Rəcəbi dekabrın 18-də rejimin məmurları tərəfindən yaxalanıb. Fəalın harada saxlanıldığı və nədə ittiham olunduğu barədə heç bir məlumat verilməyib.

Həmçinin yoxlayın

İran 30-dan çox gəminin Hörmüz boğazından keçməsinə icazə verdiyini bildirir

GADTB: İranın hökumətyönlü media qurumları cümə axşamı bildiriblər ki, İran İslam Respublikasının hərbi qüvvələri ötən …

Molla rejimin həbs etdiyi türkmən gənc Məhəmmədrza Mühümianın vəziyyətindən 3 aydır xəbər yoxdur

GADTB: Təxminən 3 ay keçməsinə baxmayaraq, Məhəmmədrza Mühümian adlı Gümbəd Kavuslu türkmən gəncin taleyi və …