Çərşənbə axşamı , May 26 2026
azfa

Molla rejiminin həbs etdiyi Saleh Molla Abbasi 9 gündür aclıq aksiyasında

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars molla rejimin həbs etdiyi Saleh Molla Abbasi 9 gündür aclıq aksiyasındadır

Əhər şəhərindən olan və hazırda Təbrizdə tETTELAAT İdarəsinin təcridxanasında həbsdə saxlanılan Saleh Molla Abbasi aclıq aksiyasının 9-cu günündədir.

Fəalın ailəsi ilə telefon əlaqəsi saxlamasına da icazə verilmir. Buna görə ailəsi onun sağlıq durumu ilə bağlı ciddi narahatlıqdır.

Saleh Molla Abbasinin telefon danışığına qadağa onun oktyabrın 18-də barəsində edilən haqsızlıq və qanunsuzluqlara görə aclıq aksiyasına başlayacağı barədə ailəsinə verdiyi məlumatdan sonraya təsadüf edir.

Fəal 18 oktyabrda ona qarşı haqsızlıq və qanunsuzluqlara görə aclıq aksiyasına başlayacağını bildirmişdi.

Fəalın həyat yoldaşı Homeyra Turabi onun ETTELAAT məmurları tərəfindən saxlanıldığı zaman şəxsi əşyalarının, o cümlədən telefon və komputerinin də aparıldığını deyib.

Azərbaycanlı milli fəal Saleh Molla Abbasi oktyabrın 9-da Əhər şəhərində yerləşən şəxsi evində yaxalanıb.

Həmçinin yoxlayın

Tramp: İranla danışıqlar yaxşı irəliləyir, İran İbrahim Razılaşmalarına qoşulacaq

GADTB: Donald Trump İranla aparılan danışıqların müsbət istiqamətdə davam etdiyini bildirib və mümkün razılaşmanın region …

Azərbaycanın tanınmış şairəsi Həmidə Rəiszadə (Səhər) vəfat edib

GADTB: Azərbaycanın tanınmış şairəsi Həmidə Rəiszadə 74 yaşında İsveçin Malmö şəhərində vəfat edib və qürbətdə …