GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin həbs etdiyi azərbaycanlı xanım Tahirə Becrəvani dünən ailəsilə telefon danışığında Evin zindanının 209-cu bölməsində həbsdə olduğunu deyib.
Qeyd edək ki, Tahirə Becrəvani 2019-cu ilin noyabr etirazlarında hökumət qüvvələri tərəfindən öldürülən Əli Fətuhinin həyat yoldaşıdır.
Güney Azərbaycanın Ərdəbil şəhərindən olan Tahirə Becrəvani 10 gündən çoxdur ki molla rejiminin məmurları tərəfindən yaxalanıb.
Azərbaycanlı xanım dekabrın 21-də Tehranın Qala Həsənxan bölgəsində özünün iş yerində rejimin məmurları tərəfindən həbs edilmişdi.
Fəalın ailəsi aidiyyəti orqanlara müraciətlər etsələr də, onun harada saxlanıldığı və nədə ittiham olunduğu barədə məlumat ala bilməmişdilər.