GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin Təbrizdə həbs etdiyi 3azərbaycanlı xanım fəal vəsiqə qarşılığında zaminə buraxılıb.
Azərbaycanlı xanımlar Nojan Bəzzazzadə, Fərzanə Aıi və Kosər Əsədi iri məbləğdə girov qarşılığında Təbrizdə rejimin zindanından müvəqqəti sərbəst buraxılıblar.
Gənc xanımlar molla rejiminin zindanında ağır şəraitdə 34 gün həbsdə saxlanılıblar.
Azərbaycanlı xanımların nədə ittiham olunduqları barədə hələlik məlumat verilmir.
Qeyd edək ki, azərbaycanlı xanımlar Nojan Bəzzazzadə, Fərzanə Aıi və Kosər Əsədi noyabrın 29-da Təbrizdə etiraz aksiyası zamanı yaxalanmışdılar.