Bazar ertəsi , May 25 2026
azfa

Molla rejiminin yaxaladığı azərbaycanlı fəal Nilufər Şakiri qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, oktyabrın 11-də Kərəcdə keçirilən mitinqlər zamanı həbs edilən Zəncanlı etirazçı Nilufər Şakri hələ də Kərəcdəki Kaçui həbsxanasındadır.

Nilufərin anası şəxsi səhifəsində yazı dərc edib: “Qızımın həbsdə olmasından 5 ay keçməsinə baxmayaraq, hələ də onun barəsində nə hökm çıxarılır, nə də vəkil tutmağa icazə verilir”.

Qeyd edək ki, irqçi fars-molla rejiminin məmurlarının işgəncə etdiyinə görə azərbaycanlı fəal Nilufər Şakiridə daxili qanaxma baş vermişdi.

Oktyabrın 11-də Kərəc şəhəridə keçirilən etiraz aksiyası zamanı saxlanılan ictimai fəal Nilufər Şakirinin sağlıq durumu ağırlaşıb və xəstəxanaya yerləşdirilmişdi. Lakin rejimin məmurları fəalı yenidən ağır vəziyyətdə zindana köçürmüşdülər.

Nilufər Şakirinin ailəsinin verdiyi məlumata görə, ağır şəkildə döyülən Nilufər Şakiri dekabrın 24-ü axşam saatlarında rejimin məmurlarının müşayiəti ilə xəstəxanaya köçürülmüşdü.

Həkimlərin israrlarına baxmayaraq ilkin tibbi yardmdan sonra yenidən azərbaycanlı xanım  fəal zindana aparmışdılar.

Həmçinin yoxlayın

Tramp: İranla danışıqlar yaxşı irəliləyir, İran İbrahim Razılaşmalarına qoşulacaq

GADTB: Donald Trump İranla aparılan danışıqların müsbət istiqamətdə davam etdiyini bildirib və mümkün razılaşmanın region …

Azərbaycanın tanınmış şairəsi Həmidə Rəiszadə (Səhər) vəfat edib

GADTB: Azərbaycanın tanınmış şairəsi Həmidə Rəiszadə 74 yaşında İsveçin Malmö şəhərində vəfat edib və qürbətdə …