GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars molla rejimi Urmiyada həbs etdiyi tanınmış azərbaycanlı jurnalist Siyavuş Süleymanipuru 6 il 10 ay müddətinə həbsə məhkum edib. Bununla bağlı rejimin İnqilab Məhkəməsi qərar çıxarıb.
Süleymanipur rejim tərəfindən “rəhbəri təhqir etmək”, “milli təhlükəsizliyə zidd fəaliyyət göstərmək” və “hakimiyyət əleyhinə təbliğat aparmaq”da ittiham edilib.
Qeyd edək ki, Siyavuş Süleymanipur keçən il Urmiyada rejimin ETTELAAT İdarəsinin məmurları tərəfindən evinə basqın zamanı həbs edilib. O, yaxınları ilə görüşmək və əlaqə saxlamaq hüququndan məhrum edilib. Azərbaycanlı jurnalist həbsdə olduğu müddətdə dəfələrlə işgəncələrə məruz qalıb. 45 gündən sonra isə girov qarşılığında zaminə buraxılmışdır.