Şənbə , Noyabr 14 2026
azfa

Mollalar milyardları götürüb qaçırlar

GADTB: Mollalar etirazlar və törətdikləri qətliamdan sonra milyardları götürüb qaçırlar.

Dünən ABŞ-nin maliyyə naziri Skot Bessant bildirib ki, Vaşinqton İrandan çıxarılan milyonlarla dolları yaxından izləyir. Onun sözlərinə görə, İran hakimiyyəti mövcud vəziyyətin sonunun yaxın olduğunu anlayır və sanksiyalardan yayınmaq üçün vəsaitləri ölkədən çıxarmağa çalışır.

Bessant qeyd edib ki, ABŞ Maliyyə Nazirliyi İran tərəfindən həyata keçirilən maliyyə köçürmələrini həm bank sistemi, həm də rəqəmsal aktivlər vasitəsilə izləyir. Nazir vurğulayıb ki, bu pullar dünyanın müxtəlif ölkələrindəki banklara və maliyyə qurumlarına daxil olur.

ABŞ maliyyə naziri vəziyyəti sərt ifadələrlə təsvir edərək, İran hakimiyyətinin davranışını “gəmidən qaçan siçovullara” bənzədib. Bessant əlavə edib ki, ABŞ Maliyyə Nazirliyi İran rəsmiləri bu pulları uzun müddət gizlədə və ya təhlükəsiz şəkildə saxlaya bilməyəcək.

Həmçinin yoxlayın

İran İslam Respublikası ilə müharibənin maliyyələşdirilməsinin dayandırılması ABŞ-ın Tehran qarşısında imkanlarını məhdudlaşdıracaq

GADTB: Amerikanın “The National Interest” nəşri xəbərdarlıq edib ki, demokratların İran İslam Respublikası ilə müharibənin …

Molla rejimi Qəşqay türklərinin Qəşqay vilayətinin yaradılması tələbinə məhəl qoymur

GADTB: Qəşqay türklərinin Qəşqay vilayətinin bərpası və ya yenidən yaradılması ilə bağlı uzun illərdir davam …