Moqerini və Quterreş İran onsuz da pozduğu nüvə müqaviləsini qorumağı istəyirlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avropa Birliyinin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini bildirib ki, İranla bağlı nüvə sazişinin qorunmasının getdikcə daha da çətinləşdiyi həqiqətini gizlətmirəm, ancaq müqaviləni qorumağa və qarşılaşdığımız çətinliklərin həlli üçün çalışmağa davam edəcəyik.

“Nüvə müqaviləsi hələ də qüvvədədir. Mövcud çətinlikləri nəzərə alaraq, birlikdə müqaviləni qorumağa davam edəcəyik. Müqavilənin iki ayağı var: biri nüvə öhdəlikləri, digəri isə sanksiyaların ləğvinə dair iqtisadi ölçülər. Hər iki sahədə də çətinliklər var, amma tərəflər problemlərin həlli və müqavilənin qorunması məsələsində qərarlıdır”, – Moqerini qeyd edib.

BMT-nin Baş katibi Antonio Quterreş də nüvə müqaviləsinin qorunmasını dəstəkləyib.

Həmçinin yoxlayın

Marağada yanğın zamanı 13 yanğınsöndürən xəsarət alıb

GADTB: Dünən Marağa sənaye şəhərciyində yerləşən mühərrik yağı istehsalı zavodunda baş verən genişmiqyaslı yanğın tam …

Molla rejimi körfəzdən keçən gəmilərdən qazanc məqsədilə Hörmüz boğazı üçün “Hormuz Safe” sığorta saytını açıb

GADTB: İran Hörmüz boğazından keçən gəmilər və dəniz yükləri üçün nəzərdə tutulmuş yeni ixtisaslaşmış sığorta …

Bir cavab yazın