Cümə , Sentyabr 11 2026
azfa

Müctəba Xameneyinin səhhətinin pisləşdiyi barədə məlumat yayılıb

GADTB: İran Wire nəşri İran prezidenti Məsud Pezeşkian hökumətinə yaxın olduğu bildirilən iki mənbəyə istinadən molla rejimin rəhbər Müctəba Xameneyinin səhhətinin ağırlaşdığını açıqlayıb.

Məlumata görə, mənbələr ABŞ-nin İranın ali rəhbərinin iqamətgahına hücumundan, Xameneyinin atası və digər ailə üzvlərinin həlak olmasından sonra onun indiyədək heç bir hökumət rəsmisi ilə görüşmədiyini bildiriblər.

Eyni zamanda, nəşr onun hazırda ciddi xəstə olduğunu vurğulayıb. Xameneyinin ictimaiyyət qarşısına çıxmaması və yüksək vəzifəli dövlət rəsmiləri ilə birbaşa görüşlərinin olmaması onun səhhətinin kritik vəziyyətdə olduğuna dair fərziyyələri gücləndirib.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Azərbaycan şairi Şəhriyarın anım mrasimi keçiriləcək

GADTB: Şərqi Azərbaycan Mədəniyyət və İslam İrşadı Təşkilatının sədri Nemətullah Payan deyib ki, bu il …