Cümə axşamı , Oktyabr 15 2026
azfa

Murtəza Nurməhammədi ETTELAAT İdarəsinin təcridxanasına köçürülüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Milli Hərəkatının fəalı Murtəza Nurməhammədi ETTELAAT İdarəsinin təcridxanasına köçürülüb.

Azərbaycanlı fəal şənbə günü ailəsi ilə qısa bir telefon əlaqəsində Təbrizdə ETTELAAT İdarəsinin təcridxanasına köçürüldüyünü bildirib.

Murtəza Nurməhəmmədi Nadarlı dünən səhər Sufian şəhərində İranın  Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsində övladının doğum haqqında şəhadətnaməsinin verilməsi prosesini izləmək üçün çağırış zamanı və həmin idarədə olduqdan sonra ona zəng edilib. ETTELAAT qüvvələri tərəfindən həbs edilib.

Azərbaycanlı fəalın həbsindən sonra rejimin məmurları onunla birlikdə şəxsi evinə gediblər və evdə axtarış aparıldıqdan sonra cənab Nurməhəmmədinin şəxsi əşyaları, o cümlədən kitablarını götürüblər.

Cənab Nurməhəmmədi bundan əvvəl oğluna “Hunay” adının türk olduğu üçün İranın  Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsindən doğum haqqında şəhadətnamə ala bilmədiyi haqda məlumat yaymışdı.

Həmçinin yoxlayın

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb. Bəyanatı olduğu kimi təqdim …

Urmiya gölü ilə bağlı “Gölün uşaqları” filmi İstanbulda nümayiş olunacaq

GADTB Azərbaycanlı rejissor Məhəmməd Əlimuradinin “Gölün uşaqları” filmi İstanbulda keçiriləcək 20-ci Memarlıq Filmləri Festivalında nümayiş …