Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

Nazarbayev saxta “Türkdilli” termini yerinə Türk dövlətləri terminini təklif etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Kazaxıstanın sabiq prezidenti Nur Sultan Nazarbayev saxta “Türkdilli” termini yerinə Türk dövlətləri terminini təklif edib.

Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə Qazaxıstan Respublikasının birinci Prezidenti-elbası, Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayev deyib: “Sabah mənim 10 il əvvəl Naxçıvanda təklif etdiyim Türk Şurası toplanacaq. Sağ olun ki, mənə fəxri sədr olmağı təklif etdiniz. Bunu məmnuniyyətlə qəbul edirəm, çünki bizim dövlətlərimizin münasibətlərinin möhkəmlənməsinə, türkdilli ölkələrin birgə inkişafına kömək etmək istəyirəm”.

N.Nazarbayev “türkdilli ölkələr” ifadəsinin artıq düzəldilməsinə ehtiyac olduğunu bildirib: “Artıq “türkdilli ölkələr” sözlərinin nəsə başqa bir formasına, “türk dövlətləri”nə keçmək haqqında düşünmək lazımdır”.

Həmçinin yoxlayın

Məkkə sazişi ölkəkəri Tehrana səfər edib

GADTB: Pakistanın təklifi və İranın təşkilatçılığı ilə Tehranda İran, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında …

BMT müharibənin İranda repressiyaları gücləndirdiyini bildirir

GADTB: BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi Mai Sato deyib ki, müharibədən sonra İranda …

Bir cavab yazın