Cümə axşamı , Oktyabr 29 2026
azfa

Nümayişlərin davam etdiyi Ələhvazda ərəblər BMT və Ərəb Dünyasından yardım istədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ələhvaz ərəbləri bu bölgənin müxtəlif şəhərlərindən BMT və Ərəb Dünyasından irqçi fars rejimində ərəblərə qarşı fiziki və mənəvi soyqırıma qarşı yardım tələb ediblər.

Qeyd edək ki, Ələhvaz məntəqəsində minlərlə ərəb bir neçə gündür ki, etiraz aksiyaları keçirir. Buna səbəb irqçi fars rejiminin dövlət televiziyasında ərəblərə qarşı irqçi və rasist proqramın yayımlanması olub.

Bildirilib ki, etirazçılar Ələhvaz və Abadan və s. şəhərlərdə Radio və Televiziya Şurasının qarşısına toplaşıb.

Dövlət televiziyası əleyhinə şüarlar səsləndirən nümayəçilərlə polis arasında toqquşmalar yaşanıb. Bir neçə nəfərin qarşıdurma zamanı yaralandığı vurğulanıb. Çox sayda tutulan var.

Bundan əlavə, bəzi məlumatlarda Ələhvaz məntəqəsində fövqəladə vəziyyətin elan edildiyi deyilir.

Həmçinin yoxlayın

Mərənddə yeraltı su səviyyəsi 22 metr aşağı düşüb, Şəbüstərin su ehtiyatları kəskin azalıb

GADTB: Şərqi Azərbaycan Regional Su Şirkətinin su ehtiyatları üzrə əsas tədqiqatlar bölməsinin rəhbəri vilayətdə yeraltı …

Türkiyə Cümhuriyyətinin qurulmasından 103 il ötür

GADTB: Bu gün Türkiyə Cümhuriyyətinin qurulmasının 103 illiyidir. 1923-cü il oktyabrın 29-da Türkiyə Böyük Millət …

Bir cavab yazın