Çərşənbə , Oktyabr 21 2026
azfa

PKK tərəfdarları Londonda azərbaycanlıya hücum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, PKK terror təşkilatının tərəfdarları İngiltərədə azərbaycanlıya hücum ediblər.

BBC-nin İngiltərədəki mərkəzi ofisi qarşısında toplaşaraq yürüşə başlayan və Türkiyə əleyhinə aksiya keçirən PKK terror təşkilatının tərəfdarları əslən Azərbaycandan olan bir nəfərə hücum edərək ona xəsarət yetiriblər. Polis hadisəyə müdaxilə edib. Bundan sonra terror təşkilatının tərəfdarları yürüşlərini Baş nazirin iqamətgahına doğru davam etdiriblər.

“Bütün kişilər və qadınlar mənə hücum etdi. Məni polis qorudu, marketin içərisinə apardılar”, – hücuma məruz qalan azərbaycanlı deyib.

Təhlükəsizliyindən narahat olduğunu deyən soydaşımız “Ola bilsin, ətrafımda məni izləyirlər, güdürlər”, – deyə əlavə edib.

Həmçinin yoxlayın

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …

Urmiya gölündə suyun həcmi artsa da, ekoloji böhran davam edir

GADTB: Qərbi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin baş direktoru bildirib ki, Urmiya gölündə suyun …