Şənbə , Dekabr 2 2023
azfa

PKK terror təşkilatının liderləri yaxalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qəndil əməliyyatı davam etdiyi bir vaxtda Türkiyə mətbuatında şok iddia irəli sürülüb. Türkiyənin “Aydınlıq” nəşrinin yazarı Rafet Ballı PKK terror təçkilaının liderlərindən ikisinin ələ keçirildiyini və yaxın vaxtlarda Abdullah Öcalanın saxlandığı İmralı həbsxanasına gətiriləcəyini iddia edib.

“Kəşfiyyat kulisləri önəmli bir iddia ilə çalxalanır. “İddia” deyirik, çünki hələ təsdiqini tapmayıb. “Kulis” deyirik? çünki kəşfiyyat və təhlükəsizlik orqanlarında ən yüksək səviyyələrdə bu iddia dolaşır. Məlumatlar fərqli kanallardan daxil olur, ancaq demək olar ki, hamısı mahiyyət etibarı ilə eynidir. Bir-birini tamamlayır. Məsələ ciddidir. Türkiyənin terrorla mübarizəsini, hətta seçki nəticələrinə təsir göstərəcək bir vəziyyət var. Bizə daxil olan gizli məlumata görə, PKK-nın liderlərindən ikisi Türkiyənin əlindədir. Bir daha təkrarlayıram, PKK terror qruplaşmasının iki yüksəkçinli idarəçisi türk təhlükəsizlik qüvvələrinin əlinə keçib. Bu iki nəfərin İmralıya aparılması nəzərdə tutulub. Yəni Abdullah Öcalanla eyni həbsxanaya yerləşdiriləcəklər. Əslində bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir işarə vermişdi. 15 iyun 2018-də, yəni 5 gün əvvəl İstanbuldakı çıxışında “Sizə bir neçə gün ərzində başqa müjdələrimiz də olacaq” demişdi”, – Ballı bildirib.

 

Həmçinin yoxlayın

İrqçi fars-molla rejimi türk adına görə daha bir azərbaycanlı körpəyə doğum haqqında şəhadətnamə vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi türk adına görə daha bir …

Molla rejimin ETTELAAT məmurları azərbaycanlı fəalın evində axtarış aparıblar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi ETTELAAT İdarəsinin məmurları Təbrizdə yaşayan …

Bir cavab yazın