Prays: ABŞ və AB Sepah məsələsində həmrəydir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ və Avropa Birliyi İran İslam İnqilabı Keşikçiləri Korpusu ()Sepah ilə bağlı eyni mövqedədir.

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.

O, Sepah-ın təhdidlərinə qarşı birgə işləməyin vacibliyinə toxunub:

“Avropa Birliyində bu hərəkətlər dünyada İranın terrorizmin əsas sponsoru kimi tanınmasına işarədir. Beynəlxalq arenada İrandan daha pis terror ixracatçısı yoxdur. ABŞ və avropalı müttəfiqlərimiz arasında bununla bağlı heç bir fikir ayrılığı yoxdur”.

Qeyd edək ki, Avropa Parlamenti yanvarın 18-i Sepah-ın adının terror təşkilatları siyahısına daxil edilməsiylə bağlı plana düzəliş etmək üçün səs verib..

Həmçinin yoxlayın

Sofiyandakı “Təknam Keyhan Polymer” zavodunda yanğın: ölənlərin sayı üç nəfərə çatdı

GADTB: Təknam Keyhan Polymer zavodunda baş verən güclü yanğın nəticəsində həyatını itirənlərin sayı üç nəfərə …

Ynet: İran rejiminin davranışında “rasional dəyişiklik” gözləmək yanlışdır

GADTB: Ynet qəzetində yayımlanan təhlildə baş redaktor Sur Plasker ABŞ prezidenti Donald Trump-a müraciətlə bildirib …