Cümə axşamı , May 14 2026
azfa

Qədim türk şəhəri Kərkükdə beş partlayış nəticəsində ölən və yaralananlar var

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, qədim türk şəhəri Kərkükdə ardıcıl beş partlayış nəticəsində ölən və yaralananlar var. Bu barədə “əs-Suməriyə”” telekanalı xəbər verib.

Məlumata əsasən, Bağdada gedən yolda,  Kərkuk administrasiyası yaxınlığında iki əldəqayırma partlayıcı qurğu işə salınıb. Şəhərin Əl-Hürriyə rayonunda iki səs qumbarası partladılıb. Daha bir partlayış uşaq poliklinikasının yaxınlığında törədilib.

Son məlumatlara əsasən, seriya partlayışlar nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onlardan ikisinin vəziyyəti ağır kimi qiymətləndirilir.

Partlayışlara görə məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.

Qeyd edək ki, kürdlər məqsədli şəkildə son onilliklərdə Kərkükə köçərək həm buranın demoqrafik quruluşunu dəyişməyə çalışır, həm də bu şəhərdə türkmənlərə qarşı terror aktları və partlayışlar törətməklə Kərkükü şəhərin əsil sakinləri olan türkmənlərdən təmizləyib kürdləşdirmək istəyirlər.

 

Həmçinin yoxlayın

ABŞ enerji naziri: İran rejimi silah səviyyəli urana çox yaxınlaşıb və bir neçə həftə ərzində buna çata bilər

GADTB: ABŞ enerji naziri Kris Rayt açıqlamasında bildirib ki, İran İslam Respublikası silah səviyyəsində zənginləşdirilmiş …

Çin şirkətlərinin İranla gizli silah satışı barədə danışıqlar apardığı bildirilir

GADTB: Çin şirkətlərinin İranla gizli silah satışı barədə danışıq aparıb və bunun gizli qalması üçün …

Bir cavab yazın