Cümə axşamı , Dekabr 26 2024
azfa

Qərbdən diktatorların himayədarı Rusiyaya qarşı zərbə

ABŞ və Avropa Rusiyanı sıxışdırmaqda davam edir. ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib. Yeni sanksiya siyahısı ABŞ Maliyyə Nazirliyinin saytında yerləşdirilib. Sanksiya siyahısına ABŞ-da 2016-cı ilk prezident seçkilərinə müdaxilədə ittiham olunan 14 fiziki şəxs və bir təşkilat əlavə olunub.

Sanksiyaya məruz qalan qurum “trol fabriki” kimi tanınan Rusiya İnternet Tədqiqatları Agentliyidir. Fiziki şəxslər isə “trol fabriki”ni kurasiya edən iş adamı Yevgeni Priqojin və xüsusi prokuror Robert Müller tərəfindən seçkilərə müdaxilədə ittiham edilən 13 Rusiya vətəndaşıdır. Onların arasında azərbaycanlı Ceyhun Aslanov da var.

Həmçinin Böyük Britaniya, Fransa, Almaniya və ABŞ liderləri Rusiyaya qarşı birgə bəyanat yayıblar.

Bəyanatda Rusiya İngiltərənin Solsberi şəhərində yaşayan Sergey Skripal və qızı Yuliya Skripalın kimyəvi silahla zəhərlənməsində günahlandırılır.

Qeyd olunub ki, hadisə nəticəsində bir polis əməkdaşı da zəhərlənib.

“Bu, açıq şəkildə beynəlxalq hüququn və Kimyəvi Silahlar Konvensiyasının pozulmasıdır. Biz Rusiyanı Solsberi hadisəsi ilə bağlı bütün sualları cavablandırmağa çağırırıq”, – deyə bəyanatda vurğulanıb.

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki S. Skripal və qızı Yuliya martın 4-də Böyük Britaniyanın Solsberi şəhərində huşsuz vəziyyətdə tapılıblar. Britaniya baş naziri Tereza Mey martın 12-də Skripal və qızının SSRİ-də istehsal edilmiş “Noviçok” adlı kimyəvi silahla zəhərləndiklərini bildirib. O, hadisəyə görə məsuliyyəti Rusiyanın üzərinə qoyaraq bunu Böyük Britaniyaya qarşı akt kimi qiymətləndirib. Martın 14-də T. Mey Rusiyaya qarşı sanksiya xarakterli qərarları açıqlayıb. Bu qərarlara əsasən Rusiya ilə rəsmi səviyyədə təmaslar dayandırılır və bu ölkənin diplomat adı ilə Britaniyada fəaliyyət göstərən 23 kəşfiyyatçısı ölkədən çıxarılır. Rusiya da buna cavab olaraq britaniyalı diplomatları ölkədən çıxarmağa hazırlaşır.

 

Həmçinin yoxlayın

Azərbaycanın sərnişin təyyarəsini Rusiya vurub

GADTB: “İlkin araşdırmaların nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”nın təyyarəsi Qroznı …

“Səttar xan” tamaşası Təbrizdə böyük coşqu ilə qarşılandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fars irqçiliyinin nökərləri İranşəhri qrupların “Səttar xan” tamaşasına …

Bir cavab yazın