
GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan İran İslam Respublikası ilə ABŞ arasında danışıqların bərpası üçün plan təklif ediblər. Məlumata görə, təklif hər iki tərəfin ilkin razılığı ilə qarşılanıb.
Məlumata əsasən, Pakistan ordusunun komandanı Asim Munir bu təklifi Tehrana çatdırıb.
Vasitəçilərin planına Qətər banklarında bloklanmış İranın 6 milyard dollarlıq aktivlərindən əldə olunan gəlirin ödənilməsi, eləcə də Tehranın Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) İranın nüvə obyektlərinə əvvəlcədən elan edilməyən və məxfi səfər həyata keçirməsinə razılıq verməsi daxildir.
“Əl-Ərəbi əl-Cədid”in mənbələri, həmçinin cari həftə ərzində danışıqlarda irəliləyiş əldə olunduğunun elan edilə biləcəyini bildiriblər.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi