Çərşənbə , Oktyabr 21 2026
azfa

Qaradağda əhali İran rejiminin mədənləri talayıb, yolları dağıtmasına etiraz edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Vərziğan bölgəsinin Şərəfabad kəndinin əhalisi rejimin Azərbaycan mədənlərini talamasına etiraz ediblər.

Kəndlilər bölgədə olan mis və qızıl mədənlərinin fəaliyyətindən narazılıq etdikləri üçün yolu bağlayıblar. Onlar bildirilər ki, mis və qızıl mədənlərinin istismarından heç bir gəlir əldə edə bilmirlər. Əksinə mədənlərdə çalışan ağır yük maşınlarə bölgənin onsuz da bərbad vəziyyətdə olan yollarını daha da dağıdır.

Kənd əhalisi mədəndən külli miqdarda gəlir əldə edilməsinə baxmayaraq kənd yollarının düzəldilməsi və asfaltlanmasına heç bir vəsait ayrılmamasına etiraz edib və mədənə gedən maşınların yolunu bağlayıblar.

Həmçinin yoxlayın

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …

Urmiya gölündə suyun həcmi artsa da, ekoloji böhran davam edir

GADTB: Qərbi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin baş direktoru bildirib ki, Urmiya gölündə suyun …