Cümə axşamı , Aprel 25 2024
azfa

Türkmənşəli erməni adlarının kiçiç təsnifatı

GADTB: Türkmənşəli erməni soyadlarının yaranmasını şərti olaraq aşağıdakı kimi qruplaşdıra bilərik:

1. Yer-yurd adlarından düzəldilmiş türkmənşəli erməni soyadları (Şirvanzadə, Şuşanyan, Misiryan, Stambolçyan və s.);

2. Rütbə, mənsəb, titul bildirən sözlərdən düzəldilmiş soyadlar (Ağayan, Ağabekyan, Şahyan və s.);

3. Birinci tərəfi sifətdən, ikinci komponenti isə rütbə, mənsəb və titul bildirən isimlərdən düzəldilmiş soyadlar (Qarabekyan, Sarıbekyan, Qaraxanyan və s.);

4. Birinci tərəfi heyvan, bitki, ikinci tərəfi titul, rütbə və mənsəb bildirən isimlərdən düzəldilmiş erməni soyadları (Quzubekyan, Gülbekyan, Bağdagülyan və s.);

5. Türk dilləri vasitəsilə erməni dilinə keçmiş ərəb və fars mənşəli isimlərdən düzəldilmiş erməni soyadları (Amiryan, Mirzoyan, Muradyan, Acemyan və s);

6. Peşə və sənət bildirən 《-çı4》 sözdüzəldici şəkilçisi vasitəsilə düzəldilmiş erməni soyadları (Dəmirçyan, Papaxçyan, Qırçyan və s.).

Belə soyadlarda, adətən, sözün sonundakı sait düşür və bəzən də “ç” samiti “c” samitinə çevrilir;

7. Erməni soyadlarının bir hissəsinin əvvəlinə “məlik”(erməni əlifbasında “ə” səsi olmadığı üçün “melik” şəklində)

sözü əlavə olunur ki, bu da alban xristian türklərinə məxsus zadəgan titulu olmaqla, əsasən, Zəngəzur-Qarabağ mənşəli insanların soyadında geniş yayılmışdır (Melik-Yeqanov, Melik-Aslanyan, Melik-Şahnazaryan və s.).

8. Erməni soyadlarının bir hissəsinin də əvvəlinə “Ter” prefiksi (sözün əvvəlində gəlib, onun leksik və ya qrammatik

mənasını dəyişən morfem) əlavə olunur. Bu sözönü də alban xristian türklərinə xas olmaqla nəslin ruhani mənsubiyyətini bildirərək, əsasən, “keşiş ata” anlamına gəlir, yeri gəlmişkən, ermənilər keşişə “ter-ter” deyirlər (Ter-Petrosyan, Ter-Qriqoryan, Ter-Arutyunyan və s.).

9. Müxtəlif materialların adından düzəldilmiş erməni soyadları (Dəmiryan, Daşyan//Taşyan, Altunyan, Gümüşyan

və s.);

10. Dilimizdə səslənən və yazılan Allah, peyğəmbər və mələklərin adından düzəldilmiş erməni soyadları (Allahverdyan, Tarverdyan, Mikaelyan, Davidyan, Musaelyan və s.);

11. Qədim Alban şəxs adlarından düzəldilmiş erməni soyadları (Ananyan, Azaryan, Vahanyan, Qukasyan, Sumbat-

yan/Smbatyan, Mxitaryan və s.);

12. Qədim türk etnoslarının adından düzəldilmiş erməni soyadları (Arşakyan, Xalacyan, Avşaryan və s.).

13. Köçürülüb məskunlaşdıqları yaşayış yerlərinin adından götürülmüş erməni soyadları. Belə soyadlara, adətən,

Azərbaycan dilində -lı4 şəkilçisini əvəz edən tsi (ruscada “ци”  ermənicədə “ցի”) şəkilçisidir (Adanatsi, Şirakatsi və s.).

14. Sonu saitlə bitən sözlərdən düzən erməni soyadlarında, adətən, sözün sonundakı sait düşür (İçmelyan, ……)

Əziz Ələkbərli,

Tarixçi-Alim və

Millət Vəkili.

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …