Cümə axşamı , Mart 13 2025
azfa

Qazipur Kürd Muxtariyyətinin terrorçuları Qərbi Azərbaycana göndərdiyinə xəbərdarlıq etdi – Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiyanın millət vəkili Nadir Qazipur 26 iyun 2018 tarixli məktubla İran adlanan ölkənin Xarici İşlər Nazirliyi, Müdafiə və s. nazirliklərinə müraciət edərək, İraq Kürd Müxtariyyəti ilə danışıqlara girib, silahlı hücumların qarşısını almağa nail olmağa çağırıb.

Son dövrdə kürd silahlı qrupların hücumları və azərbaycanlı əsgər və zabitlərin ölüm halı artdığı üçün azərbaycanlı fəalların təzyiqi nəticəsində azərbaycanlıların istəklərinə gündəmə gətirən Qazipur kürd terrorizminin qarşısını almağı tələb edib.

Qeyd edək ki, illərdir İraqdakı Kürd Muxtariyyəti İranda kürdlərin silahlı-terrorçu qruplarına, o cümlədən PJAK, Demokrat, Komele və s. qruplara aylıq maliyyə yardımı ayırır, silah verir və öz ərazisində onları sığınacaqla təmin edir. Onların öz ərazisindən İran ərazisinə hücumuna şərait yaradır. Bu məsələni də İran rəsmiləri bilir. Lakin İran dövləti hamıdan çox Azərbaycanla düşmən olduğu üçün son onilliklərdə sırf Azərbaycan əsilli zbit və əsgərləri onların qarşısına çıxarıb. Bunda da əsas iki məqsəd var. Birinci ölənlər azərbaycanlılar olsun. İkinci azərbaycanlı və kürd ədavəti kəskinləşsin və onların başı bir-birinə qarışmaqla İran dövləti təhlükəni özündən uzaqlaşdırsın.

Həmçinin yoxlayın

BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi May Sato Güney Azərbaycanla bağlı hesabat yayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi May …

Molla rejimin qüvvələri azərbaycanlı xanım fəalın evinə hücum edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin məmurları bu gün səhər saatlarında Təbrizdə …

Bir cavab yazın