GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir qrup Azərbaycan Milli Hərəkatı fəalı dünən azərbaycanlı milli fəalı Əli Babayinin Qoşaçay şəhərində (Miandovab) ata evində görüşünə gəliblər.
Azərbaycanlı fəallar həmin azərbaycanlı fəalın molla rejimin ETTELAAT İdarəsindən zaminə buraxılmasından sonra dəfələrlə görüşünə gəliblər..
Həbs edilmiş Əli Babayi, Cavad Sudbər və digər milli fəallar cənab Davud Şiri, Araz İbrahimnejad, Seyid Məhammədrza Müvəhhid, Murteza Nurməhammədi Nadarli, Mehrdad Qadiri, Hüseyn Azadi və Hamid Yeganehpur, Əmir Hüseyn Ağayi, İbrahim Əvəzzadə, Nasir Rəzmcu zaminə buraxılsalar da, Yürüş Mehrəlibəyli və s. fəallar hələ də həbsdə saxlanılırlar.