Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

Quterreşdən Əfqanıstanda faciəvi vəziyyətlə bağlı xəbərdarlıq etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Əfqanıstanda vəziyyət nəzarətdən çıxır. Ölkə xaosa sürüklənir”.

Belə bir xəbərdarlıqla Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş çıxış edib.

“Sadəcə son bir ayda, xüsusilə Helmand, Qəndahar və Heratda mindən artıq insan qarşıdurmalar nəticəsində həyatını itirib. Əfqanıstan qüvvələri ilə “Taliban” arasında baş verən toqquşmalar şəhərlərə yayılıb. Nəticədə mülki əhaliyə böyük zərər dəyib. “Talibanı” hücumlara son qoymağa və əfqan xalqının maraqları naminə vicdanlı danışıqlara qayıtmağa çağırıram”, – deyə baş katib bildirib.

A.Quterreş qeyd edib ki, “Taliban”ın nəzarəti altında olan bölgələrdə xüsusilə qadınlar və jurnalistlər hədəf alınır:

“İnsan haqlarına qarşı ciddi məhdudiyyətlər son dərəcə narahatedicidir. Əfqan qız uşaqlarının, qadınlarının çətin qazanılan hüquqlarından məhrum edilməsi ilə bağlı xəbərləri görmək dəhşətli və çox kədərlidir”.

“Hakimiyyəti döyüşərək ələ keçirmək bir itkidir. Bu, Əfqanıstanı uzun sürən bir vətəndaş müharibəsinə və tam təcridə sürükləyəcək”, – deyə BMT rəhbəri xəbərdarlıq edib.

Həmçinin yoxlayın

Yürüş Mehrəlibəyli və Əli Babayi Təbriz həbsxanasında uyğun olmayan kameralara köçürülüblər

GADTB: Yürüş Mehrəlibəyli ötən həftə karantin kamerasına, Əli Babayi isə detoksikasiya bölməsinə köçürülüb. Mənbələrin verdiyi …

Nəsir Rəzmcu Ərdəbildə evinə ETTELAAT əməkdaşlarının basqınından sonra həbs edilib

GADTB: Azərbaycanlı fəal Nəsir Rəzmcu bu gün, çərşənbə axşamı, 27 oktyabr 2026-cı il səhər saatlarında …