Şənbə , Aprel 27 2024
azfa

Rejim azərbaycanlı fəal Abbas Lisanini Təbrizdə yerləşən İnqilab Məhkəməsinə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi və işğalçı fars rejimi sentyabrın 16-da fəalın telefonuna SMS göndərmək yolu ilə tanınmış fəal Abbas Lisanini Təbrizdə yerləşən İnqilab Məhkəməsinə çağırdı.

Azərbaycanlı fəalın sentyabrın 18-də məhkəməyə müraciət etməsi tələb olunub. A.Lisaniyə Bildirilib ki, ikinci sıradan olan 9709984118500370 nömrəli işilə əlaqədar o çərşənbə axşamı rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsinin 2-ci şöbəsinə müraciət etməlidir.

Azərbaycanlı fəal Abbas Lisani məsələ ilə bağlı deyib: “Bu barədə mənə gec xəbər verildiyinə, onların pərdə arxasındakı planları və məhkəmə iclasının məhərrəm ayının 8-ci gününə təsadüf etməsinə göz yumsaq belə, qanuni şəkildə və yazılı kağızla çağırılmadığım üçün təyin edilmiş vaxtda məhkəməyə müraciət etməyəcəm”.

Qeyd edək ki, fəalın bu işi iyulun 2-i öz iş yerində irqçi fars rejimin təhlükəsizlik qüvvələri tərəfindən saxlanması ilə bağlıdır. Fəal Babək Qalası Qurultayı ərəfəsində də tutularaq, Şərqi Azərbaycan Məhkəməsinin qərarı əsasında Ərdəbil prokurorluğu tərəfindən rejimin Təbrizdə yerləşən ETTELAAT İdarəsinə köçürülmüşdür.

Təbrizdə Şərqi Azərbaycan üzrə rejimin prokurorluğunun 12-ci şöbəsində məhkəmənin fəala qarşı irəli sürdüyü ittiham elan olunub və o “Həsən Dəmirçinin dəfn mərasimində çıxış etməklə sistemin əleyhinə təbliğat aparmaq”da günahlandırılan 12 gün saxlandıqdan sonra iyul ayının 14-də 50 milyon tümənlik mülki vəsiqə qarşılığında zaminə buraxılmışdır.

Beynəlxalq Əfv Təşkilatı avqust ayında üç- türk, fars və ingilis dillərində Babək Qalası Qurultayı və Savalan dağında tutulan azərbaycanlı fəallarla bağlı bəyanat yayaraq, onların dərhal və  qeyd-şərtsiz azadlığa buraxılmalarını tələb etmişdir.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın