Rejim azərbaycanlı şair və fəal Həbib Sasanianı zindana saldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün məhkəməyə çağrılan azərbaycanlı şair və milli-mədəni fəal Həbib Sasaniyan Ərdəbil şəhərində yerləşən rejimin zindanına salındı.

Fəala bu gün rejimin məhkəməsində 40 milyon tümənlik mülki vəsiqə təyin edilib. Lakin azərbaycanlı fəal iş vaxtında həmin vəsiqəni təmin edə bilmədiyi üçün zindana salınıb.

Rejimin məhkəmə orqanı fəalın ailəsi və yaxınlarının təmin etdiyi əmək haqqı çekini və iş lisenziyasını qəbul etməyiblər. Nəticədə azərbaycanlı fəalı zindana salıblar.

Həmçinin yoxlayın

İki türk ölkəsi Azərbaycan və Qazaxıstanın hərbçiləri görüşdü

GADTB: Azərbaycanla Qazaxıstan respublikalarının Müdafiə nazirlikləri arasında 2025-ci il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, Qazaxıstan …

“Traxtur”un çempionluğu münasibətilə 200 məhbus azad edildi

GADTB: Güney Azərbaycanın “Traxtur” komandasının çempionluğu münasibətilə Təbriz, Zəncan, Urmiya və Ərdəbil şəhərlərinin həbsxanalarında saxlanılan …

Bir cavab yazın