
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim azərbaycanlı milli-mədəni fəal Əta Kərimini Urmiyada yerləşən İnqilab Məhkəməsinə çağırılıb.
Bununla bağlı fəal oktyabrın 14-də çağırış vərəqəsi göndərilib. Çağırış vərəqəsi əsasən azərbaycanlı fəal 10 gün ərzində İnqilab Məhkəməsinin 6-cı şöbəsinə müraciət etməlidir.
Rejimin azərbaycanlı fəalı 4 il əvvəl açılmış işlə bağlı məhkəməyə çağırıldığı bildirilir.
Rejim azərbaycanlı fəalı şərləyərk, “Sistemin əleyhinə təbliğat aparmaq”da ittiham etmişdi və yaxalanan fəal 2016-cı il yanvarın 11-də mülki vəsiqə qarşılığında müvəqqəti olaraq Urmiya zindanından sərbəst buraxılıb. Fəal saxlandığı müddətdə həbsxananın acınacaqlı şəraitinə görə ağır xəstələnmişdir.
Əta Kərimi həmçinin 2019-cu il iyun ayının 1-də də rejimin Urmiyada yerləşən İnqilab Məhkəməsinin 6-cı şöbəsinə çağırılmışdır. Rejim azərbaycanlı fəalı bir daha şərləyərk, “Sistemin əleyhinə olan qruplara üzv olmaqla milli təhlükəsizliyi pozmağa cəhd göstərmək”də də ittiham edib. Fəal 1 milyard riallıq mülki vəsiqə qarşılığında müvəqqəti zaminə buraxılıb.
