Çərşənbə , Sentyabr 23 2026
azfa

Rejim birbaşa atəş açmaqla qətlə yetirdiyi bir neçə azərbaycanlının kimliyi bilindi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin etirazlarda qətlə yetirdiyi azərbaycanlılardan daha bir neçəsinin kimliyi məlum olub.  Şəhriyar şəhərinin Nəsirabad məhəlləsində keçirilən aksiyada əslən Kəleybərin Paltlı kəndindən olan azərbaycanlı yeniyetmə Mehran Zahidi rejimin terrorçu qüvvələri tərəfindən öldürülüb. Mehran Zahidinin 17 yaşı olub və Əmir Rza Abdullahi ilə eyni vaxtda qətlə yetirilib.

Rejimin qətlə yetirdiyi daha bir azərbaycanlı isə Şəbistər şəhərindən Ramin Ləmsedir. Tehran sakini olan Ramin Ləmse rejimin terrorçu qüvvələrinin açdığı birbaşa atəş nəticəsində şəhid olub.

Rejimin Tehranda etirazlarında öldürdüyü daha bir azərbaycanlının adı Hüseyn Sultanidir. 27 yaşlı azərbaycanlı gənc Şəhre Qüdsda (Həsənxan qalası) keçirilən aksiyada qətlə yetirilib.

Həmçinin yoxlayın

Uitekaf və Əraqçi Nyu-Yorkda danışıqlar aparıb

GADTB: ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitekaf bildirib ki, çərşənbə axşamı, 22 sentyabr 2026-da BMT Baş …

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …

Bir cavab yazın