Bazar , Oktyabr 4 2026
azfa

Rejim həbsdə saxladığı azərbaycanlı fəalı məhkəməyə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim  3 aydan çoxdur həbsdə saxladığı azərbaycanlı millli-mədəni fəal Yusif Kari Ərdəbildə yerləşən İnqilab Məhkəməsinə çağırdı.

Azərbaycanlı fəal dekabrın 10-da məhkəməyə müraciət etməlidir. Yusif Kari şərlənərək “Bildiriş yaymaqla sistemin əleyhinə təbliğat aparmaq və ölkədə təhlükəsizliyi pozmaq məqsədi ilə qövmlərlə bağlı qrupun iclaslarına qatılmaq, eləcə də qrupda üzv olmaq” ittiham olunub.

Qeyd edək ki, Yusif Kari sentyabrın 3-də yaxalanıb. fəal bir neçə gün  rejimin Ərdəbildə yerləşən ETTELAAT İdarəsində dindirildikdən sonra sentyabrın 8-də bu şəhərdə zindana köçürülüb.

İrqçi fars rejimin təhlükəsizlik və məhkəmə orqanları azərbaycanlı siyasi məhbusun dosyesinə müdaxilə edərək onun zaminə buraxılmasına mane olublar.

Fəal barədə öncə 50 milyon tümənlik mülki vəsiqə qərarı çıxarılıb. Lakin daha sonra qərar 300 milyon tümənlik vəsiqə hökmü ilə əvəzlənib. Sonda isə hakim Nonəhal fəalın ailəsinə bildirib ki, fəalın zaminə buraxılması üçün həmin məbləğ nağd şəkildə Məhkəmə Sisteminin hesabına yatırılmalıdır və əks halda o zaminə buraxılmayacaq.

Yusif Kari bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

Həmçinin yoxlayın

Azərbaycanlı gənc Əşkan Hilali bir il həbs cəzasına məhkum edilib

GADTB: Azərbaycan türkü Əşkan Hilali Qorvan Əcəbşir şəhər İnqilab Məhkəməsi tərəfindən bir il müddətinə həbs …

Türkiyənin milli “KAAN” qırıcısı sınaq uçuşuna hazırlanır

GADTB: Türkiyənin “TUSAŞ” şirkətinin baş direktoru Məhəmməd Dəmiroğlu bildirib ki, milli “KAAN” qırıcısının yeni prototipi …

Bir cavab yazın