Rejim Mirmusa Ziya Gərgəri və Səccad Şəhirini mühakimə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Sulduz şəhərində iki azərbaycanlı milli-mədəni fəal Mirmusa Ziya Gərgəri və Səccad Şəhirini mühakimə etdi.

Azərbaycanlı fəallar Mirmusa Ziya Gərgəri və Səccad Şəhiri avqustun 28-də rejimin Sulduzda yerləşən 2 nömrəli məhkəməsinin 103-cü şöbəsində mühakimə olunub. Onlar bundan əvvəl aldıqları çağırış vərəqəsinə əsasən təyin olunan vaxtda məhkəməyə müraciət edib.

Rejimin göndərdiyi çağırış vərəqəsində fəalların islam cümhuriyyəti sisteminin əleyhinə təbliğat aparmaqda ittiham olunduğu qeyd olunmuşdur.

Onların yaxınlarının dediyinə görə, fəallar dindirilmə mərhələsində GAMAC Təşkilatına üzv olmaq, həmçinin Sulduz şəhidlərinin mərasimində və tanınmış fəal Abbas Lisaninin evində etdikləri çıxışlarla bağlı sistemin əleyhinə təbliğat aparmaqda günahlandırılıb. Fəallara qarşı irəli sürülən birinci ittihamın onların üzərindən götürüldüyü ehtimal edilir.

Qeyd edək ki, Mirmusa Ziya Gərgəri və Səccad Şəhiri iyunun 22-də Sulduz şəhərində ayrı-ayrılıqda saxlanılaraq Urmiyada rejimin ETTELAAT İdarəsinə aparılmışlar.

Həmin fəallar iyulun 16-da hər biri 80 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq zaminəazadlığa buraxılıblar.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadə və sayın Tofiq Zülfüqarov “Media Türk TV”-də çıxışları- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Türk Dövlətləri Təşkilatı İranın Naxçıvana hücumunu pislədi

GADTB: Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömürəliyev İranın Naxçıvan Muxtar Respublikasına həyata keçirdiyi …

Bir cavab yazın