Bazar , Noyabr 29 2026
azfa

Rejim türk şəhəri Urmiyada kürdləşdirmə məqsəıdilə zavoda kürdcə sayt açıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin əlaltıları türk şəhəri Urmiyada kürdləşdirmə məqsəıdilə Urmiya Sement Zavodunnun saytını farsca, ingiliscə və kürd dilində açıblar.

İrqçi fars rejimin İraqdan kürdləri Qərbi Azərbayacana köçürüb məskunlaşdırmasından sonra bu qərəzli hərəkətləri açıqdan-açığa Azərbaycan türk millətinə qarşı düşmənçilikdir.

Qərbi Azərbaycan vilayəti və Urmiyanın tarixi Azərbaycan olması və bu gün də irqçi fars rejimin qanunsuz şəkildə yüz minlərlə İraq kürdünü bu bölgəyə məskunlaşdırmasına baxmayaraq əhalinin əksərinin Azərbaycan türklərindən ibarət olduğu halda hər hansı bir müəssisəyə türkcə yox kürdcə sayt açmaq həqiqətən qeyri-məntiqi və düşündürücüdür. Bu boyda qeyri-məntiqi hərəkət Azərbaycan türk millətinə qarşı qorxunc və dəhşətli planların icrasından xəbər verir.

Qeyd edək ki, bundan öncə də Urmiyada bir xəstəxanaya oxşar şəkildə ingilis və fars dilləri ilə yanaşı kürd dilində sayt açılmışdır.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta Sidneydə Tatar türklərinin Sabantuy festivalına qatılıb-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk …

Dolların məzənnəsi 302 min tüməni keçdi: İran iqtisadiyyatı tam çöküşün astanasındadır

GADTB: İranın azad bazarında rialın dəyəri dəhşətli sürətlə ucuzlaşmaqda davam edir. ABŞ dollarının məzənnəsi bazar …

Bir cavab yazın