Bazar ertəsi , Sentyabr 28 2026
azfa

Rejim Urmiya gölünü qurudandan sonra gölün adalarında yaşayan sarı maralın nəsli təhlükəyə düşüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Urmiya gölündə ekoloji fəlakətə səbəb olandan sonra gölün adalarında yaşayan sarı maralın nəsli təhlükəyə düşüb.

Urmiyanın Ətraf Mühiti Mühafizə İdarəsinin rəisi son illərdə gölün iki adasında olan 330 sarı maraldan yalnız 40-60 maralın qaldığını və bu heyvanın nəslinin kəsilməsi təhlükəsi qarşısında olduğunu deyib. O həmçinin bəbir, kaftar və çaqqalların da nəslinin tükənmək təhlükəsində olduğu barədə xəbərdarlıq edib.

Qeyd edək ki, son illər ərzində Urmiya gölünün qurudulması ekoloji fəlakətə yol açıb və nəticədə bölgədə yaşayan heyvan növlərinin ölməsi burda yaşayan heyvanların sayının azalmasına gətirib çıxarıb.

Həmçinin yoxlayın

Təbriz Bələdiyyəsinin 10 bölgəsinin sürücüləri Şəhər Şurası qarşısında etiraz ediblər

GADTB: Təbriz Bələdiyyəsinin 10 bölgəsində çalışan bir qrup sürücü Şəhər Şurasının binası qarşısında etiraz aksiyası …

Tibb bacısının bir aylıq gəliri 10 günlük yaşayış xərclərini belə qarşılamır

GADTB: İran Tibb Bacıları Təşkilatının Ali Şurasının üzvü Loğman Şərifi bildirib ki, bir çox tibb …

Bir cavab yazın