GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim hətta fars rasizminə qulluq edən “Qanun” qəzetinin çapına belə Əsədə görə bir müddətlik qadağa qoyub.
Tehrandakı Mədəniyyət və Media məhkəməsi sözügedən qəzetin bu gündən etibarən çapının dayandırılması barədə qərar qəbul edib.
Qərarın qəzetin ötən gün manşetə qaldırdığı xəbərlə bağlı olduğu deyilib.
Belə ki, manşetdə Suriyanın müsəlman əhalisinin qəssabı Bəşər Əsədlə rejimin rəhbəri Əli Xamaneinin qucaqlaşdığı fotoya “Dəvətsiz qonaq” başlığı yazılıb.
Qadağanın müddəti ilə bağlı məlumat verilməyib.