Çərşənbə axşamı , Mart 28 2023
azfa

Rejimin əlaltılarının Urmiya torpaqlarını İraq kürdlərinə satmasına etirazlar genişlənir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiyada irqçi fars rejimin əlaltılarının Urmiya torpaqlarını İraq kürdlərinə satmasına etirazlar genişlənir.

Güney Azərbaycanın Urmiya şəhərində artıq azərbaycanlı fəallar divarlara şüarlar yazmaqla irqçi fars rejimin əlaltılarının Urmiya torpaqlarını İraq kürdlərinə satmasını pisləmiş və geniş kütləvi etirazlara başlamaq istədiklərini bildiriblər.

Bir qrup azərbaycanlı isə rejimin Azərbaycan torpaqlarını kürdlərə verməsini pisləmək məqsədilə Urmiyada kürdlərə satılan ərazidə dinc mitinq keçiriblər.

Qeyd edək ki, irqçi fars rejimin Urmiyaya vali təyin etdiyi terrorçu PKK tərəfdarı Məhəmməd Mehdi Şəhriyari və onun əlinin altında işləyən manqurd bələdiyyə başçısı Həzrətpur Urmiya və Qərbi Azərbaycan torpaqlarını kürdlərə satmaqla Qərbi Azərbaycanı kürdlərə verməyi planlaşdırırlar.

Həmçinin yoxlayın

Türkiyə İrandan ikiqat güclü olmasına etiraf

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə İrandan ikiqat güclü olmasına etiraf edən tanınmış …

Azərbaycanlı gənc “müharibə” və fəsad törətmək ittihamı ilə Evin zindanında həbsdə saxlanılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı gənci “müharibə” və fəsad …

Bir cavab yazın