Cümə , Oktyabr 23 2026
azfa

Rejimin Ərdəbildəki məhkəməsində Abbas Lisaninin 3-cü məhkəmə iclası keçirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Ərdəbildə yerləşən İnqilab Məhkəməsinin 1-ci şöbəsində 2019-cu il iyun ayının 16-da tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin 3-cü məhkəmə iclası keçirilib.

Azərbaycanlı həmin məhkəmə iclasında pzünü müdafiə edib və ona qarşı irəli sürdüyü bütün ittihamların əsassız və hüquqi cəhətdən etibarsız olduğunu bildirib.

Məlumata görə rejimin məhkəməsi ETTELAAT İdarəsinin qərəzli raportları və hazırladğı böyük dosye əsasında keçirilir. Ona görə də məhkəmə prosesi gələcək günlərə təxirə salıb, məhkəmə iclası ilə bağlı fəala çağırış vərəqəsi göndəriləcək.

Qeyd edək ki, 2019-cu il yanvarın 15-də rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsinin 2-ci şöbəsində rejimin təhlükəsizlik qüvvələri tərəfindən oğurlanan azərbaycanlı fəal Ərdəbilə aparılıb. Fəal 5 aydan çoxdur rejimin Ərdəbildə yerləşən zindanında qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılır. Fəal ona qarşı ədalətsizliyə və saxta ittihamlara görə aclıq aksiyası keçirib.

Həmçinin yoxlayın

Azərbaycanın “Traxtur” komandası qələbə qazandı; azarkeşlərdən irqçiliyə etirazı – VİDEO

GADTB: Azərbaycan “Traktor”u “Sənaye Nefti” komandası üzərində 3:0 hesablı inamlı qələbə qazanaraq yenidən qələbə yoluna …

Türkmənlərin “Çay Qovşan” mədəni-idman klubu “Mələvan” və “Traxtur” komandalarının oyunu zamanı səsləndirilən irqçi şüarları pisləyən bəyanat yayıb

GADTB: Günbəd Kavus şəhərinin “Çay Qvoşan” mədəni-idman klubu Ənzəli şəhərinin “Mələvan” komandası ilə Təbrizin “Traxtur” …

Bir cavab yazın