Çərşənbə , Oktyabr 21 2026
azfa

Rejimin Güney Azərbaycan mədənlərini qarət etməsi Ilqına çayını çirkləndirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son günlər sosial şəbəkə istifadəçiləri Ilqına çayının rəng dəyişməsi ilə bağlı videolar paylaşıblar.

Ətraf Mühit fəalları isə çayın rənginin dəyişməsini mədən fəaliyyətləri ilə əlaqələndirirlər.

Şərqi Azərbaycan vilayətinin Əkinçilik Araşdırma Mərkəzinin rəisi Əhməd Baybordi Qaradağda mədən fəaliyyətləri ilə bağlı verdiyi müsahibəsində deyib: “Mədənlər məntəqənin əkinçiliyinə ölümcül zərərlər verir. Əndirgan mədəni ətrafdakı su qaynaqlarını ciddi şəkildə zəhərliyib”.

O, bu analizlərin nəticələrin vilayətin rəsmilərinə gömndərildiyi, lakin  mədəni işlədən dövlət orqanlarının buna məhəl qoymadıqlarını bildirib.

Qeyd edək ki, Ilqına çayının rəngi bundan öncə də mədən tullantılarının buraxılması ilə dəyişmişdi. İrqçi fars rejimin uzun illərdir Qaradağda mis, qızıl və s. mədənlərini müsəmləkəçi şəklində talaması bölgədə ekoloji fəlakətə və çox sayda heyvanların ölümü ilə nəticələnib.

İlqina çayı rejimin Güney Azərbaycan mədənlərini talaması nəticəsində çirklənib

Publicerat av Ali Huseyn Onsdag 24 juni 2020

Həmçinin yoxlayın

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …

Urmiya gölündə suyun həcmi artsa da, ekoloji böhran davam edir

GADTB: Qərbi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin baş direktoru bildirib ki, Urmiya gölündə suyun …

Bir cavab yazın