Çərşənbə , Oktyabr 21 2026
azfa

Rejimin həbs etdiyi azərbaycanlı fəal Mehrdad Şeyxi zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, rejimin həbs etdiyi Ərdəbil sakini olan azərbaycanlı milli-mədəni fəal Mehrdad Şeyxi mülki vəsiqə qarşılığında zaminə buraxılıb.

Azərbaycanlı fəal yanvarın 16-da 30 milyonluq tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.

Mehrdad Şeyxi yanvarın 8-də hakim Məhdəvinin sədrliyi ilə keçirilən məhkəmə prosesində iştirak etmək üçün rejimin Ərdəbildə yerləşən İnqilab Məhkəməsinin 2-ci şöbəsinə müraciət edib.

Azərbaycanlı fəal məhkəmə iclası başa çatdıqdan sonra məhkəmədən oğurlanmışdır.

Fəal yanvarın 13-də ailəsi ilə qısa telefon əlaqəsi saxlayaraq təhlükəsizlik qüvvələri tərəfindən yaxalandığını bildirmişdir.

Rejim azərbaycanlı fəalı şərləyərək “sistemin əleyhinə təbliğat aparmaq”da ittiham edib.

Qeyd edək ki, azərbaycanlı fəal Mehrdad Şeyxi 2019-cu il noyabrın 20-də Ərdəbildə öz atasının evində rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanmışdır. Fəal 11 gün saxlandıqdan sonra 30 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılmışdır.

Həmçinin yoxlayın

Urmiya gölündə suyun həcmi artsa da, ekoloji böhran davam edir

GADTB: Qərbi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin baş direktoru bildirib ki, Urmiya gölündə suyun …

İraq da İranla sərhədləri bağlayır

GADTB: İraq hökuməti İranla sərhəddəki keçid məntəqələrini bağlamağa başlayıb. Artıq Əş-Şeyb sərhəd-keçid məntəqəsi bu gündən …

Bir cavab yazın