Cümə axşamı , Dekabr 26 2024
azfa

Rejimin qüvvələri üsyan baş verən 2 Ələhvaz həbsxanasında məhbusları güllələdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin koronavirusu zindanlarda yaydığı üçün Ələhvazın Sepidar və Şeyban həbsxanalarında üsyan baş verib.

Üsyandan istifadə edən irqçi fars rejimin qüvvələri ən azı üç məhbus öldürüb, bir neçə məhbusu isə yaralayıblar.

Ələhvazın Şeyban həbsxanasındakı məhbuslar tibbi xidmətlərinin göstərilməməsinə və koronavirusun yayılmasından narahatlıqlarına görə üsyanedblər. Bu isə təhlükəsizlik qüvvələri ilə toqquşmaya səbəb olub. Hadisə təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə götürülüb.

İrqçi fars rejimin qüvvələri həmçinin həbsxanada baş verənlərdən narahat olub Əhvaz- Şuştər yoluna toplaşan məhkumların ailələrinə hücuma keçiblər. Rejimin təhlükəsizlik qüvvələri göz yaşardıcı qazdan istifadə etməklə, məhkumların ailələrinə qarşı güc tətbiq ediblər. Nəticədə tərəflər arasında qarşıdurma yaranıb.

Zindan da isə məhbuslardan üçü koronavirusa yaxalanıb və xəstəxanaya aparılmadan elə zindanda karantin şəraitinə alənəb. Bu da məhbusların narazılığına səbəb olub.

Həmçinin yoxlayın

“Səttar xan” tamaşası Təbrizdə böyük coşqu ilə qarşılandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fars irqçiliyinin nökərləri İranşəhri qrupların “Səttar xan” tamaşasına …

Türkiyə Şimali Kipr Türk Cümhuriyyəti ilə bağlı Fransaya xəbərdarlıq etdi

GADTB: Türkiyə Milli Müdafiə Nazirliyi Fransaya məxsus döyüş təyyarəsinin Şimali Kipr Türk Cümhuriyyətinin hava məkanını …

Bir cavab yazın