GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi və işğalçı fars rejimin Azərbaycanla düşmənçilik edərək, Urmiya gölünü qurutmasının Azərbaycanı xarabaya çevrimə məqsədi güddüyü kimsəyə sirr deyildir. Hətta Azərbaycan türk millətinin etirazlarından sonra rejim gölün qurtarılacağı ilə bağlı yalan vədlər də verdi. Lakin artıq məsələni ört-basır edə bilməyən rejimin rəsmiləri gölün quruyacağı təqdirdə Təbriz şəhərinin məhv ola biləcəyini etiraf ediblər.
İrqçi və işğalçı fars rejimin Ətraf mühitin qorunması və ekologiya təşkilatının sədr müavini Məsud Təcrişi deyib ki, biz bilməliyik ki, Urmiya gölü quruyacağı təqdirdə Təbriz şəhəri yox olacaq. O zaman bu şəhəri başqa yerə köçürmək lazım gələcək. Bu, reallıqdır və əhalini qorxutmaq məqsədi ilə dilə gətirilmir.
Təcrişi deyib: “Əvvəllər su altında olan ərazini indi duz təpələri bürüyüb. Baş verən duz fırtınaları küləyin istiqamətinə görə əsasən gölün şərq məntəqələrinə, o cümlədən Təbriz şəhərinə ziyan vurur. Mütəxəssislər bu barədə dəfələrlə xəbərdarlıq edib, lakin İran rejimi gölün böhrandan qurtarılması istiqamətində hər hansı əməli addım atmağa tələsmir”.
Rejim bu etirafı artıq Azərbaycan türklərinin narahatlığını daha da artırıb.