Cümə , Oktyabr 23 2026
azfa

Rejimin Sepaha bağlı xəbər agentliyi Qaşqay türklərini təhqir etdi-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi və işğalçı fars rejimin Sepah-ına bağlı olan “Təsnim” Xəbər Agentliyi rejimin övladlarının ölkənin büdcəsini oğurlaması barədə çəkdiyi karikaturada rejimin oğru başçılarını başında qaşqay türklərinin papağı olan çoban şəklində nümayiş etdirmişdir.

Rejimin bu xəbər agentliyi beləliklə öz oğurluqlarını türkünü simvolu ilə nümayiş etdirməklə türkləri təhqir edib.

İrqçi və işğalçı farsların bu təhqiri isə qaşqay türklərinin ciddi narazılığına səbəb olub. Onlar deyirlər ki, farslar öz oğruluqlarını öz simvolları və adları ilə əks etdirsinlər.

Qeyd edək ki, irqçi farslar özlərinə aid hər bir mənfi məsələni türklərin hər hansı bir simvolu ilə əks etdirməklə türk millətini hədəf alırlar. Maraqlıdır ki, özlərinin belə mənfi halları göstərəndə kürdün və ya farsın simvolları ilə əks etdirmirlər. Bu da irqçi farsların türklərə qarşı düşmən münasibətindən irəli gəlir.

Qaşqayların sosial şəbəkədə bu karikaturaya etirazı:

Həmçinin yoxlayın

Türkmənlərin “Çay Qovşan” mədəni-idman klubu “Mələvan” və “Traxtur” komandalarının oyunu zamanı səsləndirilən irqçi şüarları pisləyən bəyanat yayıb

GADTB: Günbəd Kavus şəhərinin “Çay Qvoşan” mədəni-idman klubu Ənzəli şəhərinin “Mələvan” komandası ilə Təbrizin “Traxtur” …

Şərqi Türküstanda ana dilində danışdıqlarına görə təxminən 100 uyğur polis əməkdaşı işdən çıxarılıb

GADTB: “Azad Avropa Radiosu”nun 16 oktyabr 2026-cı il tarixli məlumatına görə, Şərqi Türküstanın Qulca şəhərində …

Bir cavab yazın