Bazar ertəsi , Oktyabr 26 2026
azfa

Rejimin təhsil nazirinin məclisdə sorğuya çəkilməsi layihəsi məclisə təqdim edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi və işğalçı fars rejimin təhsil nazirinin məclisdə sorğuya çəkilməsi layihəsi 28 millət vəkilinin imzası ilə məclisə təqdim edildi.

Məlumata görə, həmin layihə əsasında rejimin təhsil naziri müxtəlif məsələlərə görə sorğu-suala çəkilməlidir. Lakin həmin layihədə rejimin nazirinin qeyri-fars xalqların dilində təhsilin qadağan olmasını deməsi məsələsi öz əksini tapmayıb.

Dünən isə irqçi fars rejimin Təhsil naziri Məhəmməd Bəthayi yenidən qeyri-fars dillərinin tədrisinin təhlükəli olduğunu vurğulayan fikirlər səsləndirib. M.Bəthayi deyib:

“Ölkə Konstitusiyasına əsasən ikidilli məktəblərdə bütün dərslər rəsmi dildə keçirilməlidir. Lakin təhsil prosesində yerli dillərin əhəmiyyətini də unutmaq olmaz”. Bu isə ciddi etirazlardan sonra rejimin təhsil nazirinin zahirdə çüx cüzi öz movqeyindən geri çəkildiyi gpstərir.

Həmçinin yoxlayın

Özbəkistan Səmərqəndin tarixi irsinin fars irsi kimi təqdim edilməsinə etiraz etdi; İranın səfiri çağırıldı

GADTB: Özbəkistan Xarici İşlər Nazirliyi İranın bəzi diplomatik nümayəndəliklərinin Səmərqəndin tarixi irsinin bir hissəsinin “İran-islam …

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Bir cavab yazın