Cümə , Noyabr 27 2026
azfa

Rejimin terrorist qüvvələrinin terror etdiyi daha bir qaşqay türkü şəhid oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin terrorçu qüvvələrinin güllələdiyi daha bir qaşqay türkü 25 gün dirənişdən sonra aldığı ağır yaralar üzündən şəhid olub.

Əldə etdiyimiz məlumata görə, son etirazlarda Şirazın Vəlfəcr bölgəsində irqçi fars rejimin terrorçu qüvvələrinin açdığı atəş nəticəsində ağır yaralanan qaşqayların Kəşküli tayfasının Kahva qolundan olan Hüseyn Hacı Nasir oğlu Heydəri 25 gün xəstəxənada müalicə almasına baxmayaraq, ağır yarandığı üçün çərşənbə günü səhər tezdən dünyasını dəyişmişdir.

Qaşqay şəhidin Şirazda dəfni ediləcəyi bildirilir. Ruhu şah olsun.

Həmçinin yoxlayın

Azərbaycanlı fəal Rza Rəhimpur Hərqlan saxlanılıb

GADTB: Əcəbşirli, Azərşəhr (Tufarqan) sakini olan azərbaycanlı fəal Rza İbrahimpur Hərqlan saxlanılıb. Bu mədəni fəal …

Molla rejimin həbs etdiyi Əli Baqirinin taleyi barədə məlumat verilmir

GADTB: Şəbistərin Nadarlı kəndindən olan gənc Əli Baqiri noyabrın 26-da təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən saxlanılıb. …

Bir cavab yazın