Cümə , Avqust 21 2026
azfa

Türkiyəyə qarşı düşmən ölkələr hərəkətə keçir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin Liviya ilə Aralıq dənizində sərəhədlərinin müəyyən edilməsi ilə bağlı tarixi razılaşmasından sonra Yunanıstan başda olmaqla dənizin karbohidrogen ehtiyatlarının bölüşdürülməsində marağı olan ölkələr Ankaraya qarşı hücumları intensivləşdirir.

Anlaşmaya etiraz olaraq, Liviya səfirini ölkədən çıxaran Yunanıstan BMT-yə də şikayət edib.

“Röyters” yazır ki, Avropa İttifaqının bu gün başlayacaq və iki gün davam edəcək zirvə görüşündə Afinanın Türkiyə-Liviya anlaşmasının əleyhinə hazırladığı sənəd müzakirə olunacaq.

Agentliyin əldə etdiyi məlumata görə, Aİ ölkələrinin liderləri “Türkiyə və Liviyanın dəniz sərhədinin Aralıqdakı üçüncü ölkələrin suverenlik haqlarını pozduğu və BMT-nin Dənizçilik Hüququna zidd olduğunu” dilə gətirəcəklər.

Mətndə həmçinin, “Avropa Komissiyasının Türkiyənin addımları qarşsında birmənalı olaraq, Yunanıstan və yunan Kiprli ilə eyni mövqedədir” ifadələri də yer alıb.

Qeyd edək ki, Türkiyə Liviya ilə Aralıq dənizindəki sərhədlərini müəyyən etməklə Yunanıstanın, yunan Kiprinin və Misirin dənizdəki planlarını alt-üst edib. Anlaşma dekabrın 8-də qüvvəyə minib və BMT-yə təqdim olunub.

Həmçinin yoxlayın

Trampın İrana qarşı yeni tədbirləri Çinə ciddi xəbərdarlıqdır

GADTB: Nüvə İranına Qarşı Birliyin (UANI) siyasi direktoru Ceyson Brodski ABŞ prezidenti Donald Tramp administrasiyasının …

ABŞ-ın Körfəzdəki yeni aviadaşıyıcısı fəaliyyətə başlayıb

GADTB: ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS George Washington (CVN 73)” aviadaşıyıcısı fəaliyyətə başlayıb. Bu …

Bir cavab yazın