Çərşənbə axşamı , Sentyabr 15 2026
azfa

Rubio: Rejim dəyişməsə belə, İran hakimiyyəti öz siyasətini dəyişməlidir

GADTB: ABŞ Dövlət katibi Marko Rubio ABŞ Prezidenti Donald Trampın gəlini Lara Trampın Fox News telekanalında apardığı müsahibədə bildirib ki, Tehranda rəsmi şəkildə rejim dəyişikliyi baş verməsə belə, İran hakimiyyəti öz siyasətini dəyişməlidir.

Rubiodan Vaşinqtonun Tehranda rejim dəyişikliyi olmadan İranı nüvə silahından uzaqlaşdıra bilib-bilməyəcəyi soruşulduqda o deyib:

“Məncə, baş verməli olan budur ki, hakimiyyət dəyişməlidir. Rejim dəyişməyə bilər, amma hakimiyyət öz yanaşmasını dəyişməlidir.”

ABŞ Dövlət katibi əlavə edib ki, İran hakimiyyəti uzun illərdir sərhədlərindən kənarda ekspansionist siyasət yürüdür və məqsədi yalnız İranı deyil, bütün regionu öz təsiri altına almaq, həmçinin inqilabı ixrac etməkdir.

Rubionun sözlərinə görə, bu siyasət dəyişməlidir və buna nail olmağın yeganə yolu onun qiymətini Tehran üçün dözülməz səviyyəyə çatdırmaqdır.

O, həmçinin bildirib ki, İran nüvə silahı əldə etməyə çalışır və bunun arxasında gizlənmək üçün geniş raket və pilotsuz uçuş aparatları potensialı formalaşdırırdı.

Rubio iddia edib ki, Tehran təxminən bir il yarım sonra elə bir vəziyyətə çatmağı planlaşdırırdı ki, “artıq o qədər raket və pilotsuz uçuş aparatı olacaq ki, onlara qarşı müdafiə mümkün olmayacaq”.

ABŞ Dövlət katibi bildirib ki, Donald Tramp buna imkan verməyib və ABŞ tərəfindən həyata keçirilən əməliyyatlar nəticəsində İranın hərbi-dəniz və hava qüvvələri, raketdən müdafiə sistemləri, buraxılış qurğuları və bu silahları istehsal edən müəssisələr ciddi zərbə alıb, ölkənin müdafiə imkanları əhəmiyyətli dərəcədə zəiflədilib.

Rubio əlavə edib ki, İran hakimiyyəti indiyədək Donald Tramp kimi, əvvəlki administrasiyalardan fərqli olaraq, yalnız bəyanatlar verməyən, real addımlar atan bir ABŞ prezidenti ilə qarşılaşmamışdı.

O, Fox News-a müsahibəsində bildirib ki, İran son 20–30 il ərzində danışıqlarda yalan danışmaq, razılaşmaları pozmaq və qarşı tərəfi aldatmaq yolu ilə ciddi nəticələrlə üzləşmədən fəaliyyət göstərməyə öyrəşmişdi.

Həmçinin yoxlayın

BMT Təhlükəsizlik Şurası Babül-Məndəb boğazında terrorçu husilərin yaratdığı təhlükəni müzakirə edəcək

GADTB: BMT Təhlükəsizlik Şurası çərşənbə axşamı Yəməndəki son vəziyyəti və strateji əhəmiyyət daşıyan Babül-Məndəb boğazındakı …

Dubayda Azərbaycan Traxtur  komandası ilə Şabab Əl-Əhli oyununda milli şüarlar səsləndirilib – Video

GADTB: Traxturun azarkeşləri sevimli komandalarını harada olmasından asılı olmayaraq tək buraxmırlar. Təbrizdən sərhədlərdən kənara qədər …